Ordu.az xəbər verir ki, bu barədə “Facebook” istifadəçisi Noyemi Andreasyan öz səhifəsində məlumat paylaşaraq qeyd edib ki, hazırda Dimitrov kəndindəki kilsənin tarixinin araşdırılmasını həyata keçirirlər.
Onun sözlərinə görə, milli arxivdəki sənədlər içərisindən Dmitrov kəndindəki kilsənin tarixinin araşdırılması həyata keçirilir.
“Araşdırma nəticəsində məlum olub ki, bu kilsə Erməni Apostol kilsəsinin İrəvan yeparxiyasının tərkibində olub. Kilsənin divarındakı yazıdan da göründüyü kimi keçmişdə bu kənd Nerkin Qolyasar adlanıb. Məlum olur ki, erməni möminlər 1865-ci ildən başlayaraq kilsədə dini ayinlər həyata keçiriblər. 1917-ci ilədək faktlar aşkarlanıb. Bu kilsə Erməni Apostol kilsəsinin İrəvan yeparxiyasının tərkibinə daxil olub”, - deyə Andreasyan kilsəni erməniləşdirməyə cəhd edib.
Guya bu problemin əsl simasını ortaya çıxarmaq üçün həmin “izlər”lə milli arxivə getdiyi barədə keşiş Nuricanyan (aysorlara məxsus ikona və xaçı yandıran keşiş-red.) da “Facebook” səhifəsində yazı paylaşıb.
O qeyd edib ki, aparılan işlər zamanı kilsəyə uyğun olmayan (aysorlara aid xaç) bütün əşyalar toplanılıb, kilsəyə layiq olanlar isə səliqəli şəkildə yeşiklərə yığılıb.
Nuricanyan, kilsənin kimə aid olduğuna gəldikdə isə arxiv sənədlərində Nerkin Qolyasar kilsəsinin erməni apostol kiləsinin İrəvan yeparxiyasına daxil olduğunu iddia edib.
Qeyd edək ki, aysor və ermənilər arasında mübahisə mövzusuna çevrilən kilsə 1862 və ya 1868-ci illərdə inşa olunub.
Alpər Mövludoğlu
Ordu.az